Qərb Qafqazda tarixi səhvə yol verir | Şərh

// Cozep Borrel üçün zəruri tarix dərsi

   Qərb Qafqazda tarixi səhvə yol verir    | Şərh
  24 Sentyabr 2023    Oxunub:1954
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün

Son aylarda Avropanın erməni mövzusunda Azərbaycana təzyiqləri artır. Bunu “hücum” kimi də dəyərləndirmək olar. Fransa prezidenti Emmanuel Makronun başlatdığı prosesi indi Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Cozef Borrel davam etdirir.
Azərbaycanın fəaliyyəti avropalıların diplomatik hücumuna müvafiq deyil. Azərbaycan sülhə meylli olduğuna və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığına görə 2020-ci il noyabrın 10-da üçtərəfli bəyannaməyə imza atdı. Ermənistan isə Qarabağdan silahlı birləşmələrini, hərbi arsenalını çıxartmadı, əksinə, bir az da artırdı. Laçın yolundan istifadə edərək Azərbaycana silah-sursat daşıdı, ərazini minaladı.

19 sentyabr döyüşləri zamanı Qarabağ ermənilərinin malik olduğu bütün hərbi arsenal ələ keçirildi. Bunu orta səviyyəli Avropa dövlətinin arsenalı ilə müqayisə etmək olardı. Üçtərəfli Bəyanatın birinci şərti Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi. Əgər buna əməl edilsəydi, 19 sentyabr antiterror əməliyyatı olmazdı. Avropalılar bu həqiqəti görmək istəmirlər.
“Cozep Borrel Çar Rusiyasının Qarabağ siyasətini davam etdirir” - Mübariz Əhmədoğlu

Fransada son 30 ildə bütün prezidentlərin dostu olmuş, Fransa Erməni Təşkilatlarının Koordinasiya şurasının sədri Murad Papazyan Ermənistana buraxılmır. Çünki Papazyanın rəhbərlik etdiyi təşkilatın bir neçə üzvü Paşinyana etirazını bildirmişdi. Fransa prezidenti E.Makron bir dəfə də olsun Paşinyana deməyib ki, bu, anti-erməni və anti-demokratik addımdır. Makronun dəstəyi ermənilərə yaxşılıq üçün deyil. Sadəcə, Türkiyə faktoru üzərində qurulmuş anti-Azərbaycan addımdır.

Mətbuat konfransında Paşinyana sərt sual verən jurnalistlər təqib olunur. Etirazçılara divan tutulur. Amma Qərb ölkələrinin səfirləri nəinki reaksiya vermir, əksinə, Paşinyanı müdafiə edirlər. Demokratiya onlara bir növ Qərbin Ermənistana dəstəyini əsaslandırmaq üçün bəhanə kimi lazımdır. Bu, erməniləri faciəyə aparan yoldur. Borrel ilə Makronun anti-Türkiyə siyasəti də səhvdir. Avropalılar Osmanlı dövründə baş verənlərin qisasını Türkiyədən almaq istəyirlər. Unudurlar ki, Osmanlı imperiyasında ermənilər öz dinlərini olduğu kimi qoruyub saxlamışdılar. O zaman ermənilər Osmanlının Avropadakı görən gözü, eşidən qulağı idilər. Osmanlı hansısa Avropa dövlətinə hücumdan qabaq ora kəşfiyyat məqsədilə erməniləri göndərirdi.

Osmanlılar ermənini alət kimi tərbiyə etdilər. Sonradan bu alət onların özünün əleyhinə çevrildi. Çar Rusiyası gücləndikdən sonra ermənilər ruslarla əməkdaşlığa başladılar. Rusiya Cənubi Qafqaza gələnədək bu regionda “Ermənistan” adlı dövlət olmayıb. Tarixdə ilk dəfə ermənilərə dövlət bəxş edən Çar Rusiyası olub. Rusiya əvvəlcə “Şərqi Ermənistan”, sonra “Kiçik Ermənistan” adlı dövlət yaratdı.

Alətə çevrilmiş ermənilərdən daha sonra ABŞ SSRİ-ni dağıtmaq üçün istifadə etdi. Aİ də belə təhlükədən sığortalanmayıb.

Borrel və Avropa İttifaqının digər rəsmiləri aşkar şəkildə Cənubi Qafqazda İslam-Xristian bölgüsü aparırlar. Bu, ciddi və təhlükəli səhvdir. Savada və ədalətlə söykənən siyasət aparmaq Cənubi Qafqaz üçün zamanın tələbidir. Borrelin qərəzi onsuz da Azərbaycana heç bir şey edə bilməyəcək. Effekti yalnız Türkiyə-Azərbaycan münasibətlərini daha da möhkəmləndirmək olacaq.

Azərbaycanlıların da tarixən avropalılarla sıx əməkdaşlıq təcrübəsi olub. Bunun ən böyük nümunəsi Fars körfəzindəki BəndərAbbas limanıdır. Səfəvi hökmdarı Şah Abbas o tikinti portuqallarla başlayıb ingilislərlə davam edib. Holland və ispanlar da bu proseslərdə iştirak ediblər. Amma Azərbaycan heç vaxt kiminsə əlində kiməsə qarşı alətə çevrilməyib.


Teqlər:   Borrel    





Xəbər lenti